backend

Qazax rayonunda sərxoş şəxs qohumunu öldürmək istəyib.

“Yenigundem”in verdiyi xəbərə görə, oktyabrın 30-da polisə müraciət edən Aslanbəyli kənd sakini O.Çələbiyev həmin gün sərxoş halda yaşadığı evə gələn Kamandar adlı qohumunun tüfənglə onu öldürəcəyi ilə hədələdiyini bildirib.

Rayon sakini Kamandar Nəsibov polis əməkdaşları tərəfindən saxlanılıb, ondan tir tüfəngi götürülüb. Rayon Polis Şöbəsində araşdırma aparılır.