“Yeni Gundem” xəbər verir ki, ABŞ-da pilot sərnişini olduğu Alyaska Hava Yollarına məxsus təyyarəni qəzaya uğratmağa cəhddə ittiham olunur.
Pilot, 44 yaşlı Cozef Devid Emerson Vaşinqton və Kaliforniya arasında ekspedisiya zamanı vəzifə yerinə yetirməsə də, pilot kabinəsində, kapitan pilot və köməkçisinin arxasında qonaq kimi səyahət edib. Emerson kokpitdə olarkən qəfildən yanğınsöndürən qollarını çəkərək 80 sərnişini olan təyyarənin hər iki mühərrikini söndürməyə çalışıb. Təyyarənin pilotları Emersonu cəld həbs edib və Portlendə təcili eniş ediblər.
Hava limanında polis tərəfindən həbs edilən Emersonun “heç bir siyasi motivinin olmadığı” bildirilib. Ona qarşı istintaq tamamlanana qədər həbsdə qalacaq pilotun 83 qətl maddəsi ilə ittiham ediləcəyi gözlənilir.
Mənbə: hurriyyət.tr
Aynur Camal