Qonşu ölkədə Covid-19 və qrip hallarında artım görüldübackend

Maska taxmaq tövsiyə olunur.

Yunanıstanda son həftələrdə Covid-19 və qripə yoluxma hallarının qəfil artması səbəbindən qapalı məkanlarda, xəstəxanalarda və ictimai nəqliyyatda maska ​​taxmaq tövsiyə olunub. Yoluxucu Xəstəliklər üzrə Milli Şuranın bu gün keçirilən iclasında son həftələrdə Covid-19 və qripə yoluxanların sayının artmasına diqqət çəkilib.

Maska taxmaq öhdəliyinin də müzakirə olunduğu iclasda maskanın məcburi deyil, qapalı məkanlarda, xəstəxanalarda və ictimai nəqliyyat vasitələrində taxılmasının şiddətlə tövsiyə edilməsi qərara alınıb.

Yunanıstan Milli Xalq Sağlamlığı Qurumunun (EODY) verdiyi açıqlamada, əvvəlki həftə Covid-19 səbəbiylə 60 nəfərin həyatını itirdiyi bildirilib.

Mənbə: Ntv.Tr

Aynur Camal