Qorxu dolu anlar: 6 cəsəd tapıldıbackend

ABŞ-ın Kaliforniya ştatındakı Moxave səhrasında dəhşətli hadisə baş verib. Geniş səhrada 6 cansız cəsəd tapılıb.

San Bernardino İlçe Şerifinin sözçüsü Mara Rodriguez verdiyi açıqlamada, komandanın çərşənbə axşamı axşam saatlarında sağlamlıq yoxlanışı aldıqdan sonra mərkəzdən kilometrlər uzaqlıqdakı səhra ərazisinə çatdığını və 5 cəsəd tapdığını söyləyib.

Gecə boyu aparılan axtarışlar nəticəsində dünən səhər saatlarında daha bir nəfərin cəsədinin tapıldığını bildirən Rodriges, şəxsiyyəti açıqlanmayan şəxslərin ölüm səbəbinin və vaxtının hələ müəyyən edilmədiyini bildirib.

Hadisə yerində birinin pəncərəsi sovrulmuş, qapısı açıq olan iki avtomobilin olduğu da öyrənilib. Hadisə ilə bağlı qətl araşdırması başlanarkən, polis hadisə yerini mühasirəyə alaraq dəlil toplamağa başlayıb.

Mənbə: TGRT

Aynur Camal