Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi İmanqali Tasmaqambetovu qəbul edib.
“Yeni Gundem” xəbər verir ki, bu barədə Armen Qriqoryanın Facebook səhifəsində məlumat verilib.
Qeyd edilib ki, görüşdə tərəflər KTMT-nin məsuliyyət zonasındakı vəziyyəti müzakirə ediblər.
Qriqoryan KTMT-nin baş katibinə şərti Ermənistan-Azərbaycan sərhədindəki vəziyyət barədə də məlumat verib.
Fərahim Rəhimov