Qubada səhiyyə sistemi qazanc yerinə çevrilib – GİLEYbackend

Quba rayon mərkəzi xəstəxanasında baş verən özbaşnalıqlar barəsində çoxsaylı şikayətlərin ünvanı olaraq yenidən şikayət dolu müraciət almışıq.

“Yeni Gündəm”-in məlumatına görə, Rayon Mərkəzi Xəstəxanası demək olar başdan ayağa rüşvətə bürünüb.

Quba regional Perinatal mərkəzi korrupsiya yuvasına çevrilib.Xəstəxandakı bu rüşvət ənənəsi qapıda duran növbətçidən səhiyyə ocağının baş həkiminə qədər əhatə edir.

Redaksiyamıza bu barədə məlumat verən Quba və Xaçmaz rayon sakinlərinin sözlərinə görə mərkəzdə hər təbii doğuş üçün 300-600 manat arasında pul tələb olunur.Poroses əməliyyatla baş tutmuş olarsa bunun üçün 1000 manata qədər vəsait sərf etmək lazım olur.
Mənim uşağım dünyaya gələndə özüm şahidi oldum burdakı qanunsuzluqlara .Doğuşu həyata keçirən həkim 300 manat aldı.Tək bununlada bitmir.

50 manat uşağ həkimi və tibb bacılarınada 50 manat pul gərək olur.Bu xəstəxanada hər adamdan-adama pul istəyirlər.Qapıdakı sanitarkaların öz haqqı var.
Mərkəzdə yatan xəstələrin qida təchizatıda insanların özlərinə həvalə edilir.Bu səhiyyə ocaqında doğuşa girən qadınların yanlarına gəlib gedən ailə üzvlərinin ərzaq və qida məhsullarını özlərinin gətirdiyinin şahidi olmaq olar.Maraqlıdır,bəs dövlət tərəfindən ayrılan ərzaq məhsulları hara və kimlərə gedir…
Küvəz gündəliyi
Doğulan bəzi uşağlar ağciyer çatışmazlıqı və digər səbəblərə görə küvəzdə saxlanılır.Bu proses uşaqın həyatda qalması üçün əsas şərtlərdən biri hesab olunub.Körpənin həmin küvəzdə saxlanmasıda pulsuz baş tutmur.Küvəzin bir günlük xərci isə 20-50 manat arasında dəyişir.

ARDI VAR!

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.