“Quldur Larri itimi döydü”backend

Böyük Britaniyada baş nazirin iqamətgahı olan ‘Number 10’da yaşayan Larri adlı pişik keçmiş baş nazir Boris Consonun itini döyüb.

DailyMail qəzetindəki həftəlik köşə yazısında Conson izah edib ki, köpəyi Dilin vəzifədə olduğu müddətdə Larri tərəfindən bir neçə dəfə döyülüb. Məqaləsində Larrini “sumo güləşçisi”, “dinozavr” və “quldur” kimi xarakterizə edən Conson itinin ondan qorxduğunu və onunla qarşılaşmaqdan qaçdığını qeyd edib. Bundan əvvəl hazırkı baş nazir Rishi Sunakın həyat yoldaşı Akşata Murti Larrinin Nova adlı itini döydüyünü söyləmişdi.

Larri siçovullarla mübarizə aparmaq üçün 2011-ci ildə o zamankı baş nazir Devid Kemeron tərəfindən sığınacaqdan övladlığa götürülüb.

Mənbə: hurriyyət.tr

Aynur Camal