Bakıda 3 nəfərdən qumbara, tapança və heroin götürülüb.
“Yeni Gündem”in verdiyi xəbərə görə, Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət-Axtarış İdarəsinin keçirdiyi hüquqi maarifləndirmə-profilaktik tədbirlər nəticəsində paytaxtın Mikayıl Müşfiq küçəsində yaşayan, 1971-ci il təvəllüdlü R.Məmmədzadə 2 ədəd alışqanı ilə birlikdə “RQD” markalı əl qumbarası və kustar üsulla hazırlanan atəşə yararlı tapançanı polisə təhvil verib.
Nərimanov RPİ 17-ci Polis Bölməsi əməkdaşları tərəfindən 1966-cı il təvəllüdlü R.Hüseynovdan 249 qram heroin götürülüb. O, əvvəllər dələduzluq və mənimsəməyə görə məhkumluq həyatı yaşayıb.
Xətai RPİ 37-ci Polis Bölməsi əməkdaşları tərəfindən 1974-cü il təvəllüdlü N.Nəbizadədən 425 qram heroin, 1,420 qram metanfetamin götürülüb.