Quranı yandıran deportasiya edildibackend

Son aylarda İsveçdə Qurani-Kərimi yandıraraq təxribatlar törədən iraqlı Salvan Momikanın yaşayış vizasının müddəti bitdikdən sonra deportasiya edilməsinə qərar verilib.

“Yeni Gundem” xəbər verir ki, İsveç İmmiqrasiya İdarəsinin mətbuat katibi Jesper Tengroth, TV4 kanalına verdiyi açıqlamada, Momikanın 16 aprel 2024-cü ilə qədər işləmək və yaşamaq icazəsinin olduğunu söyləyib.

Tenqrot bildirib ki, bu tarixdən sonra yaşayış və iş icazəsi verilməyəcək və Momika deportasiya ediləcək.

Momikanın yalan ifadəsi üzündən bu qərarı verdiklərini ifadə edən Tenqrot, “Biz bu şəxsin yaşamaq və iş icazəsi üçün viza müraciətində yalan ifadələr olduğunu aşkar etdik və bu səbəbdən onu deportasiya etmək qərarına gəldik. Həmin şəxsin İsveçə girişinə 5 il müddətində qadağa qoyuldu” – deyə bildirilib.

Momikanın deportasiya qərarından şikayət edəcəyi və işi İmmiqrasiya Məhkəməsinə aparacağı da gözlənilir.

İsveç və Danimarkada Qurani-Kərimə qarşı təxribatlar

Xatırladaq ki, Paytaxt Stokholmda Salvan Momika Qurban bayramının ilk gününə təsadüf edən 28 iyunda Stokholm məscidinin qarşısında polisin mühafizəsi altında Qurani-Kərimi yandırıb.

Momika iyulun 20-də Stokholmdakı İraq səfirliyi qarşısında, 31-də və 14-də isə İsveç parlamentinin qarşısında polisin himayəsi altında Qurani-Kərimi və İraq bayrağını tapdalayıb. Momika avqustun 24-də Stokholm məscidinin qarşısında Quranı yenidən yandırmışdı.

Sentyabrın 3-də Malmö şəhərində Momikanın polisin himayəsi altında Quranı yandırması və ona mane olmağa çalışan 15 nəfərin saxlanması ilə bağlı etirazlar təşkil edilib.

Momika sonuncu dəfə oktyabrın 21-də Stokholmun mərkəzində Quran və Fələstin bayrağını yandıraraq İsrailə dəstək aksiyası keçirib.

Mənbə: TrtHaber

Aynur Camal