Çadda otlaq probleminə görə çobanlarla fermerlər arasında baş verən qarşıdurmalarda 42 nəfərin həyatını itirdiyi bildirilib. Çad hökumətindən verilən açıqlamada ölkənin şərqindəki Tileguey bölgəsində çobanlarla fermerlər arasında yaşanan gərginliyin münaqişəyə çevrildiyi bildirilib.
Açıqlamada 42 nəfərin otlaq problemindən yaranan münaqişələr nəticəsində öldüyü qeyd edilib.
Açıqlamada bazar günü başlayan qarşıdurmaların çərşənbə gününə qədər fasilələrlə davam etdiyi, təhlükəsizlik qüvvələrinin qarşıdurmaya müdaxilə etdiyi və 175 nəfərin nəzarətə alındığı bildirilib.
Bəzi Afrika ölkələrində quraqlıq və daxili miqrasiya səbəbindən otlaq problemlərinə görə çobanlarla fermerlər arasında münaqişələr yarana bilər.
Mənbə: Haber Global
Aynur Camal