Quraqlıq səbəbindən dəniz suyundan istifadəyə başlanıldıbackend

İspaniya quraqlıq yaşayan ölkəyə çevrilib. Belə ki, Kataloniya muxtar vilayətinin paytaxtı Barselona bölgəsində sudan istifadəni məhdudlaşdırmaq üçün tədbirlər görülür. Orada dəniz suyunun təmizləyici qurğuları tam gücü ilə işləyir.

Barselonada duzlu suyu içməli suya çevirən bu obyekt Avropanın ən böyüyüdür. Burada 2009-cu ildə istifadəyə verilən obyekt 4,5 milyon insanın suya olan tələbatını ödəyir.

 Kataloniyada su ehtiyatı 16 faizə düşüb

Son 1200 ilin ən pis quraqlığı İspaniya və Portuqaliyanın yerləşdiyi Pireney yarımadasında yaşanır. Digər tərəfdən, İspaniya hökuməti kənd təsərrüfatı və turizm sektorlarında su istifadəsini məhdudlaşdıran onlarla tədbir elan edib.

Bu çərçivədə bəzi yaşayış məntəqələrinə verilən suyun miqdarı azaldılıb, otellərin boş hovuzları doldurması qadağan edilib. 3 ildir quraqlığa qarşı xüsusi plan həyata keçirən Kataloniya qırmızı həyəcan vəziyyətindədir.

 Avropada quraqlıq probleminin ən şiddətli olduğu ölkələrdən biri olan İspaniyada 2021-ci ilin sentyabr ayından etibarən “Quraqlıq Xüsusi Planı”nı həyata keçirməyə başlayan Kataloniya Muxtar İdarəsi yağışların azlığı səbəbilə “qırmızı həyəcan siqnalı”na keçib.

Mənbə: EnSonHaber

Aynur Camal