“Qurtuluş” tamaşası alqışlarla qarşılanıbbackend

İrəvan Dövlət Azərbaycan Dram Teatrı iyunun 14-də Fövqəladə Hallar Nazirliyinin “N” saylı hərbi hissəsində “Ulu Öndər Heydər Əliyev irsini öyrənirik” layihəsi çərçivəsində şair-dramaturq İftixarın “Qurtuluş dastanı” əsəri əsasında hazırlanmış “Qurtuluş” tamaşası ilə çıxış edib.
Bu barədə “Yenigundem” e teatrın mətbuat katibi Teymur Bayramov məlumat verib. O, bildirib ki, 15 iyun – Milli Qurtuluş Gününə həsr olunan tamaşada Fövqəladə Hallar Nazirliyi Mülki Müdafiə Qoşunlarının “N” saylı hərbi hissəsinin zabit, gizir və əsgər heyəti iştirak edib.
Uğurla nümayiş olunan tamaşa sonda alqışlarla qarşılanıb.
Tamaşanın rejissoru və rəssamı Əməkdar mədəniyyət işçisi İftixar Piriyev, ikinci rejissoru Xaqani Əliyev, musiqi tərtibatı Günay Muradovadır.
Səhnə əsərində ümummilli lider Heydər Əliyevin bədii obrazını teatrın direktoru, Əməkdar mədəniyyət işçisi İftixar Piriyev canl
andırıb. Digər rolları Əməkdar artistlər Vaqif kərimov, Rəşid Rzayev, aktyorlar Niyaməddin Səfərəliyev, Şəbnəm Cəbrayılova, Ruhiyyə Eyvazova, Sevinc Hüseynova, Oktay Mehdiyev, Ceyhun Əliyev, Bəhruz Hikmətoğlu, Tural Xəlilzadə, Natiq Həziyev, Gültac Əsgərova və Rövşən Cəfərov ifa ediblər.
Səhnə əsərində ümummilli lider Heydər Əliyevin siyasi fəaliyyətinin Moskva, Naxçıvan və Bakı dövrlərini əhatə edən müxtəlif məqamlara müraciət olunub.