Rusiya prezidenti Vladimir Putin İsrailin Qəzzada quru əməliyyatının mülki əhalinin itkisi ilə nəticələnəcəyini və əsas məsələnin axan qanı dayandırmaq olduğunu bildirib.
Qırğızıstanın paytaxtı Bişkekdə çıxış edən Putin münaqişənin sülh yolu ilə həll edilməli olduğunu və Rusiyanın iki dövlətli həll yolunu dəstəklədiyini bildirib.
İsrail-Fələstin münaqişəsindəki vəziyyəti fələstinlilər və israillilər üçün böyük bir faciə olaraq xarakterizə edən Putin, “Fələstin-İsrail münaqişəsinin görünməmiş şəkildə şiddətləndiyi hadisələr və minlərlə mülki vətəndaş haqqında bir neçə kəlmə deməyə bilməzdim. Hər iki tərəfdən ölən və yaralananlar var. Baş verənlər israillilər və fələstinlilər üçün böyük faciədir. Hazırda onların üzləşdiyi böyük faciə birbaşa ABŞ-ın Yaxın Şərqdəki uğursuz siyasətinin nəticəsidir”.
Putin həmçinin bildirib ki, Moskva Ermənistan və Azərbaycana sülh sazişi imzalamağa kömək etməyə hazırdır və danışıqların Moskvada aparılmasını təklif edib.
Mənbə: TrtHaber
Aynur Camal