Sentyabrın 4-də saat 18 radələrində Qusar rayonunun Yuxarı Tahircal kəndi ərazisində kənd sakini E.Vəliyevin tüfənglə ehtiyatsız davranması nəticəsində açılan atəşdən xəsarət alıb.
Bu barədə “Yeni Gündəm”-ə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, xəstəxanaya yerləşdirilən E.Vəliyevin vəziyyəti orta-ağırdır.
Polis əməkdaşları tərəfindən hadisə yerindən müvafiq sənədləri olmayan “TOZ-16” markalı ov tüfəngi götürülüb.