Dünyada ilk dəfə qütb ayısı quş qripindən (H5N1) ölüb.
Bu hadisə yüksək yoluxucu H5N1 virusunun dünyanın ən ucqar guşələrinə yayıldığını göstərib.
“The Guardian” yazır ki, Alyaskanın Ətraf Mühitin Mühafizəsi Departamenti qütb ayının 2021-ci ildə başlayan yeni quş qripi epidemiyası səbəbindən öldüyünü təsdiqləyib.
“Yeni Gundem” xəbər verir ki, ABŞ-ın Alyaska əyalətinin baytar həkimi Dr. Bob Gerlach açıqlamasında “Bu, bildirilən ilk qütb ayısı hadisəsidir” deyib.
Gerlach, qütb ayının virusa yoluxmuş quşların cəsədlərini yemiş ola biləcəyini söyləyib.
Qütb ayısı Şimali Amerikada virusun son ştammı aşkar edildikdən iki il sonra, Alyaskanın şimalındakı Utqiagvik yaxınlığında ölü tapılıb. Qütb ayıları Beynəlxalq Təbiəti Mühafizə İttifaqının nəsli kəsilməkdə olan növlərin qırmızı siyahısında “həssas” kimi siyahıya alınmışdır.
PİNQİNLƏR DƏ RİSK ALTINDADIR
Antarktika bölgəsində ilk məlum H5N1 hadisəsi 2023-cü ilin oktyabrında Cənubi Corciya sahillərindəki Quş adasında aşkar edilib. Su quşlarında görülən virus digər heyvanlara da keçib. İki ay sonra yüzlərlə fil suitisi ölü tapılıb. Alimlər xəbərdarlıq edirlər ki, yüksək yoluxucu virus uzaq pinqvin populyasiyalarına çatarsa, bu, “müasir dövrün ən böyük ekoloji fəlakətlərindən birinə” səbəb ola bilər.
Mənbə: hurriyyət.tr
Aynur Camal