Qütb soyuqluğu ABŞ-ı ələ keçirdi! Ölənlərin sayı artdıbackend

ABŞ-da davam edən qütb soyuqluğu səbəbindən həyatını itirənlərin sayı 89-a yüksəlib.

Əlverişsiz hava şəraitinin yaxın günlərdə də davam edəcəyi gözlənilir. ABŞ-da ötən həftədən bəri davam edən qar fırtınası və arktik soyuqlar səbəbindən həyatını itirənlərin sayı 89-a yüksəlib.

ABŞ-ın böyük bir hissəsinə təsir edən qar fırtınası və arktik soyuqlar səbəbindən can itkisi artır. Keçən həftədən bəri ölkə daxilində həddindən artıq soyuqdan ölənlərin sayı 89-a yüksəlib.

Ən çox itki ən azı 25 ölümlə Tennessidə baş versə də, Oreqon 16 ölümlə ikinci yerdədir. İllinoys, Pensilvaniya, Missisipi, Vaşinqton, Kentukki, Viskonsin, Nyu-York, Nyu-Cersi və bir çox başqa ştatlarda da ölüm halları qeydə alınıb.

Vaşinqton ştatının Sietl şəhərində cəmi dörd gündə əksəriyyəti evsiz olan 5 nəfər ölüb. Missisipi ştatında orta məktəblər və universitetlər əlverişsiz hava şəraiti səbəbindən tələbələrin qış tətilindən qayıtmasını təxirə salıblar. Oreqonda təxminən 10 min, Şimali Karolinada 8 min, Kaliforniyada 7 min və Kentukkidə 4 min 300 insan işıqsız qalıb. Əlverişsiz hava şəraitinin həftənin əvvəlinə qədər davam edəcəyi gözlənilir.

Mənbə: TGRT

Aynur Camal