Quterreşin məktubu Putinə təqdim olunubbackend

BMT-nin Baş katibi Antoniu Quterreşin taxıl sazişinin uzadılması barədə məktubu Rusiya Prezidenti Vladimir Putinə təqdim olunub.

“Yeni Gundem” xəbər verir ki, bu barədə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov mətbuat konfransında deyib. Onun sözlərinə görə, təklif hazırda nəzərdən keçirilir.

Antoniu Quterreş aprelin 24-də Nyu-Yorkda Prezident Vladimir Putinə ünvanlanan məktubu Rusiyanın xarici işlər naziri Sergey Lavrova təqdim edib. Məktubda “tərəflərin sonuncu mövqeləri əks olunmaqla və qlobal ərzaq təhlükəsizliyinin qarşılaşdığı risklər nəzərə alınmaqla” taxıl sazişinin təkmilləşdirilməsi, uzadılması və genişləndirilməsi barədə təklif yer alıb. Analoji məktublar Ukrayna və Türkiyəyə də göndərilib.