Qvineya-Bisau Prezidenti Azərbaycan dövlət başçısını təbrik etdibackend

Qvineya-Bisau Prezidenti Umaru Sisoku Embalo Prezident İlham Əliyevi təbrik edib.

“Yeni Gündəm” xəbər verir ki, təbrik məktubunda deyilir:

“Azərbaycan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyur, xalqınızın rifahı naminə ən xoş arzularımı yetirirəm.

Xahiş edirəm, Sizə olan ən yüksək ehtiramımı qəbul edin”.