Ramil Usubov daha bir rəisi işdən çıxartdıbackend

Sumqayıt Şəhər Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinin rəisi Bayram Mazan oğlu Zeynalov tutduğu vəzifədən azad olunub.

“Yenigundem” unikal.org-a istinadən xəbər verir ki, bununla bağlı daxili işlər naziri Ramil Usubov əmr imzalayıb.

Xəbəri Sumqayıt şəhər Polis İdarəsindən təsdiq ediblər.

Qeyd edək ki, Ağdam rayon polis şöbəsinin Dövlət yol polisi bölməsinin rəisi Məmmədov Vasif Yusif oğlu da vəzifəsindən azad edilərək sərəncama göndərilib.