Ramiz Mehtiyevin Azərbaycan dövləti və xalqı qarşısında göstərdiyi  “xidmətləri” Azərbaycan tarixinə yazılacaq ləkədən başqa bir şey deyildir.backend

Azərbaycan Respublikasının Prezident İlham Əliyev Azərbaycanda son günlərdə koronavirusa yoluxanların sayının artmasını vətəndaş məsuliyyətsizliyində gördüyü halda və iyulun 14-ündə Tovuz rayonun sərhəd sahəsində gedən döyüşlər zamanı qəhrəmancasına şəhid olan general-mayor Polad Həşimovun, polkovnik İlqar Mirzəyevin və başqa şəhidlərimizin 40 mərasimi ərəfəsində, Milli Elmlər Akademiyasının prezidenti Ramiz Mehdiyevin karantin qaydalarını pozaraq avqustun 18-də, hindistan kinolarında olduğu kimi öz saraylarınıdan birində qız nəvəsinə  təmtəraqlı toy məclisi təşkil etməsi harınlamış və şərəfsizlikdən başqa bir şey deyildir.

Çünki R.Mehtiyev Tovuz rayonu sahəsində gedən şiddətli döyüşlərdə şəhid olanların xatirəsinə ədəbsizlik edərək toy-büsat məclisi təşkil etməsini nümayiş etdirdi.

R.Mehtiyev 1995-ci ildən, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri kimi, 27 il işlədiyi mütddətdə o yalnız, rayon icra hakimiyyətlərinin başçılarının, müavinlərinin, Milli Məclisin üzvülərinin rüşvətlə təyin olunması və tutduğu vəzifədən istifadə edib, ailə üzvülərinin, arvadının, qızının, oğluna və kürəkəninə himayədarlıq edərək, Bakı kənlərinin sakinlərinin torpaq sahələrinin, mülklərini onların əlindən almaqla məşqul olmuşdur.

Bu barədə dəfələrlə mətbuatda Ramiz Mehtiyev himayədarlığı ilə Milli Məclisə 10 il təyin olnaraq deptat olmuş Gülər Əhmədov, 2 milyon pul verərək milli məclisdə deputat olmuş Rəfail Cəbrailov və Beynəlxaq Unverstetinin keçmiş rektoru Elşad Abdulayev və partiya sədiri Hafiz Haciyev və başqa tanınmış şəkslər vidio görüntülərlə subut edərək xalqa məlumat verərək bildirmişlər.

Bu gün də, hələdə R.Mehtiyev tətinatı ilə Milli Məclisə 10–larla, 20-25 il  təyin olnaraqaq orada qış yuxusunda  yatmış və adları yalnız xalqın malını talan etməklə qalmaqalla tanınan şərəfsiz və karpsaner “deptatlarıar vardırki sanki onlar  həmin deputat mandatını özələşdiriblə. O, rayonlara xalğın öz seçtiyi başqa vətənpərvər şəxslər deputatlar seçilə bilməz. Bu il  ildə də Milli Məclisə keçirlmiş  seçkilərdə belə oldu, R.Mehtiyev yenə imkan vermədiki, Milli Məclisə xalön ləyaqətli vətənpərvər və qeyrətli oğlan və qızları düşsün. Tanıdığımız 10 –larla Azərbaycanın müstəqilliyi və Qarabağda torpaqlarımızın ərazi bütpvlüyü uğrunda  döyüşərək, Azərbaycan Milli Qəhramanlari, Azərbycan Bayrağı ordenini ilə təltif olunmuş qəhraman oğullarımıza Milli Məclisə keçirilmiş seçkilərddə iştrak edərək xalqın məhəbbətlə səsini qazansada, təsüflər olsunki yenə  R.Mehtiyevin və Mərkəzi Seçki Komisiyasının sədri Məzahir Pənahovun saxta seçki siyahılarının tilsimini qırıb Milli Məclisə yaxın düşə bilmədilər.  Buna görədə xalq R.Mehtiyevin və Məzahir Pənahovun saxta seçki siyahıları ilə təyin olunmuş Milli Məclisnin üzvülərinin 10-15 Millət vəkilləri istisna olmaqla, qalan digər üzvlərinə nifrət bəsləyir. Buna görədə R.Mehtiyevin və Məzahir Pənahovun və rüşvət başında tutularaq həbs edilmiş quldur icra hakimiyyət başçılarının rəhbərliyi altında keşirilərək təyin olunmuş  saxta tərkibli Milli Məclis dərhal buraxılmalıdır.

Azərbaycanın zəhmətkeş  xalqı R.Mehtiyevin və Məzahir Pənahovun və rüşvət başında tutularaq həbs edilmiş quldur icra hakimiyyət başçılarının rəhbərliyi altında keşirilərək təyin olunmuş saxta tərkibli Milli Məclisin tezliklə buraxılmasını haqqda, Azərbaycan Respublikasının Prezident İlham Əliyev cənabalrının verəcəyi qərarını səbirsizliklə və böyük ümüdlə gözləyir.

R.Mehtiyev Prezident Administrasiyasının rəhbəri işlədiyi dövrlərdə vəzifəsindən sui istifadə edərək, bir neçə nəfər yaxın adamını aparatda və digər dövlət qrumlarında mühüm vəzifələrə təyin edərək, onlara dövlət bücəsindən yüksək maşlar verdirərək, həmin adamları yalnız özü üçün müxtəlif elimi kitablar yazdırmışdır. Onlara isə yazdığları kitabların, əsərlərin əvəzinə mənzil, elimi adlar və dövlətin orden və medalları ilə təltif etmişdir. Bunu xalq çox gözəl bilir və dəfələrlə bu barədə ölkə ictimayəti, siyasi partiya sədirləri, ziyalılar öz çıxışlarında bildirmişlər.

R.Mehdiyev parlamentin və yerli idarəetmə orqanlarının kadr potensialını öz adamlarından təşkil edirdi. Eyni sözləri İcra Hakimiyyətləri haqqında da söyləmək olar. Keçmiş PA rəhbəri rayonlarda özünü padşah kimi aparan, korrupsiyaya bulaşan icra başçılarını himayə edirdi.

2018-ci ildən prezidentin başladığı genişmiqyaslı kadr dəyişiklikləri nəticəsində R.Mehdiyevin bir çox kadrları İH-lərdən təmizlənməyə başlayıb.

Onlardan bəziləri işdən azad edilib, altı nəfəri isə rüşvətlə həbs olunub. Dövlət Təhlükəsizlik Xidməti əməkdaşlarının keçirdiyi əməliyyatla həbs edilən Ağstafanın eks-başçısı Nizaməddin Quliyev, Yevlaxın icra başçısı Qoca Səmədov, İmişlinin icra başçısı Vilyam Hacıyev, Neftçala icra başçısı İsmayıl Vəliyev, Biləsuvar icra başçısı Mahir Quliyev, Kürdəmir icra başçısı Ceyhun Cəfərov məhz R.Mehdiyevin “əlindən su içən”, onun yetişdirdiyi kadrlar idilər.

Mehdiyevin və Əli Həsənovun himayə etdiyi bir çox icra başçıları hələ də 20-28 ildir ki,Ulu öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezident İlham Əliyevin onlara göstərdiyi etimadlarından sui istifadə edərək, Xalqın, Dövlətin malını oğurlayaraq Eldar Həsənov, Əli Həsənov, Əbülfəz Qarayev, Elmar Məmmədyarov, Bakı Dövlət Universitetinin sabiq rektoru Abel Məhərrəmov, sabiq Rabitə və Yüksək Texnologiyalar naziri Əli Abbasov, Azərbaycan Dövlət Akademik Filarmoniyasının direktoru Murad Adıgözəlzadə və başqa harınlanmış şəxslər kimi məmurlar dərhal Nazirliklərdən, Milli Məclisdən və başqa  dövlət qurumlarından  təmizlənilənərək onların işlədiyləri dövürlərdəki fəaliyyətləri hüquq müafizə orqanları tərəfindən araşdırılaraq rüşvətxorlar həbs edilərək qanun qarşısında cavab verməlidirlər.

R.Mehtiyev AMEA–na  rəhbər gələn kimi,  yenə tutduğu vəzifəsindən bir daha sui istifadə edərək, AMEA-İdarəetmə Sistemləri İnstitutu nəzdində “Kompüter elmləri” və “Ehtimal nəzəriyyəsi” ixtisasları üzrə riyaziyyat elmləri sahəsində fəlsəfə doktoru və elmlər doktoru dissertasiyalarının müdafiəsinin təşkili üçün Dissertasiya şurası yaradaraq həmin şurasının sədri vəzifəsinə 75 yaşlı qoca  həyat yoldaşı Qalina Mehdiyevanı təyin etdi. Bəyəm pensiya vaxtı 10 il ötmüş Qalinadan başqa Azərbaycanda layiqli ziyalımız yoxdumu bu vəzifəyə öz arvadını təyin edib.

Cənab Prezidentin 23 oktyabr 2019-cu il tarixində R.Mehdiyevi Prezident Administrasiyasının rəhbəri vəzifəsindən azad edib onu  “Heydər Əliyev” ordeni ilə təltif edib yola salarkən, R.Mehtiyev prezidentə əvvəlcədən yazdırdığı təşəkür mətinini heç üzünə oxuya bilməyən və vəzifəli şəxsləri toya çağırarkən prezident İlham Əliyevdən icazə aldığını deyərək onları aldadaraq yalan danışmaqda ittiham edilən belə bir adamın AMEA–na rəhbərlik etməsi, adı cəkilən qrumun ziyalılarına təhqirdir.

R.Mehtiyev isə son günlər ədalətdən danışaraq özünə haq qazandırmağa çalışır. O, törətdiyi  əmələ görə xəcalət çəkib xalqdan və ölkə başçısından üzür istəmək əvəzinə, onu qınayan ziyalıları, deputatları və ölkə ictimayətini qınayaraq guya ona qarşı qarayaxma kampaniyası aparıldığını söyləyir.        

Axı necə olurki, 1992-ci ildən 2020 iyulun 14-ünə kimi 28 il Qarabağda  Azərbaycanın ərazi bütovlüyü uğrunda vətənimizin keşiyində duraran və Azərbaycanın-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində gedən şiddətli döyüşlər zamanı müdafiənin ön xəttində olarkən qəhrəmancasına şəhid olan general-mayor Polad Həşimovun, polkovnik İlqar Mirzəyevin şəxsi adına heç bir otaqlı məbzil, 1 sot sortpaq və onlar kimi 20-28 il milli ordumuzun yranmasında əvvəldən axıra kimi iştirak edərək, Qarabağ müharbəsində qəhramanlıq göstərmiş 200 -ə yaxın zabitlərimizin  nə ev nədəki yaşayış mənzili tikmək üçün 6 sot torpaq sahəsi ala bilmədiyi halda, özünü “akademik” halandıran R.Mehtiyevin  həyat yoldaşı Qalina Mehdiyevanın, R.Mehdiyevin qızı Kamilə Əliyevanın və R.Mehtiyevin oğlu Fövqəladə Hallar Nazirinin müavini, general-mayor Teymur Mehdiyevin, Bakının dəniz kənarında, Nardalan, Məşdağa, Novxanı, Qala, Mərdəkan qəsəbəsində 200 hektarlarla torpaq sahələri, kürəkəni  sabiq deputat İlham Əliyevin deputat seçilən zaman qanunsuz yollarla ayrı-ayrı yerli sakinlərə məxsus ələ keçirmiş torpaq sahələri, R.Mehtiyevin ailəsinə məxsus Dərnəgül yolunun üstündə respublikanın ən iri Bakı Polad Əritmə zavodu, Bayıl qəsəbəsində onlarla çox mərtəbəli yaşaış kompleksti və başqa rayonların ərazisində onun böyük rüşvətlər məbləqində təyin etdiyi icra başçıları tərəfindən ona bəxşiş hədiyyələr kimi bağışladıqları 100 lərlə saraya bənzər mülkləri vardır. R.Mehdiyevin Belə mülklərdən biridə, Göycay rayonunun ərazisində olan 4 hektarın içində və vertaliyot enmək üçün boyük meydançası, qala kimi hasara alınaraq, prezident iqamətkahına bənzəyən mülkdür.

Amma bütün bunlara baxmayaraq Rəsmi məlumatlara görə R.Mehtiyevin arvadı və oğlu acgözlük edərək, R.mehtiyevin kadrları olan Ağstafanın eks-başçısı Nizaməddin Quliyev, Yevlaxın icra başçısı Qoca Səmədov, İmişlinin icra başçısı Vilyam Hacıyev, Neftçala icra başçısı İsmayıl Vəliyev, Biləsuvar icra başçısı Mahir Quliyev, Kürdəmir icra başçısı Ceyhun Cəfərov kimi cənab prezident İlham Əliyevin Koronovirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq olunmuş karantin dövründə imkansız sahibkarlara ayrdığı maddi vəsaitədə göz tikərək Noxvanı kəndində, Mehdiyeva Qalina sahib olduğu 113 hektar torpaq sahəsinə görə 5 650 manat, Mehdiyev Teymur Ramiz oğlu isə 42 hektar torpaq sahəsinə görə 2100 manat subsidiya alıblar. Bu iki şəxsdən başqa Novxanı kəndində subsidiya alan torpaq sahibi olmayıb.

Bundan əvvələrdə dəfələrlə mətbuatda yazılırdı ki, R.Mehtiyevin həyat yoldaşı Qalina Mehdiyeva, oğlu və kürəkəni İlham Əliyev Azərbaycanın banklarından ən ağağı faziz dərəcələri ilə uzun müddətə milyonlarla pul vəsaiti kiridit götürərmüşlər.

Amma çox təsüflər olsun ki, karantin dövründə vətənin keşiyində duraraq sağlamlığlarını itirmiş müharibə veteranları 80 manat müavinət aldığları üçün onlara 190 manat müavinət verilmədi. Dövlət məmurları unutmamalıdılar ki, Əfqanstan və Qarabağ müharibəsi veteranlarının 60 faizindən çoxsu 1991-1994 ci illərdə Qarabağda könüllü olaraq döyüşüblər və atəşkəs elan olundan sonra ordudan təxis olunumlar. Heç olmasa onlara pandemeya dövründə tətbiq olunmuş 190 manatın 110 manatı hesablanıb əlavə kimi onlarada verilməli idi. Amma veteranları düşünən hökümət məmuru tapılmadı. Çünki indi Nazirliklərdə və ayri-ayri dövlət qurumlarında çalışanların rəhbərlərinin əksəriyyəti R.Mehtiyevin rəhbərliyi ilə təyin eedilmiş kadrlarıdır.

Bu gün “akademik” R.Mehtiyev hansı ədalətdən danışır ki, dövlətin nazirliklərində, icra hakimiyyətlərində, prokrorlularada, polis rəisləri və başqa dövlək strukturlarında rəhbər vəzifələrinə və Milli Məclisə yalnız adı çəkilən vəzifəli şəxslərinin xalq və dövlət uğrunda heç bir xidmətləri olmayan göbələk kimi ortaya çıxmış yaxın qohum-əğrəbələri təyin olunurlar.

Axı R.Mehtiyev nə üzlə və hansı ədalətdən danşır ki, ailəsinin adına 200 hektarlarlarla torpaq və 100 lərlə mülkləri var. Amma 1000 lərlə vətən uğrunda sağlamlığlarını itirmiş əlillər, şəhid ailəlri hələdə rayonlarda uçuğ daxmalarda yaşayırlar. Zəhmətkeş kasıb fəhlələrin, kəndlilərin balaları isə vətənin keşiyində duraraq şəhid və əlil olurlar.

Ədalət o zaman bərqərar olur ki, hamı qanun qarşısında bərabər olur. Hamı qanun qarşısında bərabər olanda, şah qanun olmur, qanun şah olur. Qanun şah olanda isə cəmiyyətdə haqq-ədalət olur.

Bax budurmu, özünü “akademik” hesab edən R.Mehtiyevin Azərbaycan dövləti və xalqı qarşısında göstərdiyi danılmaz “xidmətləri”. R.Mehtiyevin Azərbaycan dövləti və xalqı qarşısında göstərdiyi  “xidmətləri” yalnız Azərbaycan tarixinə ləkədən başqa bir şey deyildir.

Artıq heç kimə sirr deyil ki, AMEA prezidenti R.Mehdiyev Prezident Administrasiyası rəhbəri olduğu dövrdə bir sıra deputatlar və icra başçıları onun himayəsi altında olduğları subut olundu.

Bunu toyda iştirak edən BDU-in sabiq rektoru toyda çəkilmiş vidio görüntüdə R.Mehtiyevin şərəfinə və onun Azərbaycanda ən böyük və dahi şəxs olduğunu söyləyən Abel Məhərrəmov öz təmtəralı sözləri ilə birdaha sübut elədi.

Fəaliyyəti dövründə həmişə adı rüşvət alma qalmaqalında hallanmış, bele bir adamın AMEA–na rəhbərlik etməsi dövüründə dosent elmi adlarının və fəlsəfə doktoru elmi dərəcələr almış ziyalıların rüşvətlə alınmısı şübhəli və saxta sayılacaqdır.

Artıq son günlərdə mətbuatdda, Azərbaycan Dövlət Aqrar Universitetinin prorektorlarının daşıdığı dosent elmi adlarının və fəlsəfə doktoru elmi dərəcələrinin saxta olması iddiası ortaya çıxmışdır.

Əfqanstan və Qarabağ mühariblərinin veteranı,

Azərbaycan Respublikası “Beynəlmiləlçi Əlil Döyuşçülər” Fondunun Prezidenti,

“Şəhid ailələrinin və müharibə əlillərinin tibbi-sosial problemlərinin həllinə dəstək mərkəzinin” rəhbəri Sərraf Orucov