Reabilitasiya mərkəzində yanğın: 32 nəfər ölübbackend

Lengerud şəhərində narkotik maddələrdən istifadə ilə bağlı reabilitasiya mərkəzində baş verən yanğında 32 nəfər həyatını itirib, 4-ü ağır olmaqla 16 nəfər isə yaralanıb.İranın yarı-rəsmi xəbər agentliyi İRNA-nın məlumatına görə, səhər saatlarında Xəzər dənizi sahilində Gilan əyalətinin Lengerud şəhərindəki narkotik maddələrdən sui-istifadə ilə bağlı reabilitasiya mərkəzində yanğın baş verib.

“Yeni Gundem” xəbər verir ki, səlahiyyətlilər yanğının səbəbinin hələ müəyyən edilmədiyini və araşdırıldığını bildiriblər.

İran dünyada adambaşına düşən ən çox opioid aludəçisi olduğu təxmin edilir və Əfqanıstanda yetişdirilən tiryək üçün əsas qaçaqmalçılıq marşrutundadır.

BMT-nin Narkotiklər və Cinayətkarlıq İdarəsinin builki dünya narkotik hesabatında 2020-ci ildə Əfqanıstandan gələn qlobal heroin və morfin müsadirələrinin 47 faizinin İran tərəfindən edildiyi bildirilib.

Amnesty İnternational (AI) iyun ayında dərc etdiyi hesabatda bildirib ki, İran bu il “sistemli ədalətsiz məhkəmələrdən sonra narkotiklə əlaqəli cinayətlərə görə məhkum edilmiş ən azı 173 nəfəri edam edib”.

Hüquq qrupu əlavə edib ki, bu rəqəm keçən ilin bu dövrü ilə müqayisədə demək olar ki, üç dəfə çoxdur.

Mənbə: TGRT

Aynur Camal