İordaniya və Omandan İsrailə xəbərdarlıq: Region daha böyük münaqişələrə sürüklənir.
Qeyd olunub ki, İsrail yeni cəbhələr açmağa çalışaraq Netanyahunun siyasi həyatını uzatmağa çalışır. Beynəlxalq ictimaiyyətə çağırış edilib və “Siz yol ayrıcındasınız, seçim edin” deyilib.
Region ölkələri İsraili Qəzzada törətdiyi dağıntılara və qarşıdurmaların daha geniş miqyasda artmasına görə xəbərdar edib.
Bu barədə İordaniya və Oman bəyanat yayıb.
İordaniyanın xarici işlər naziri Ayman Safadi bütün bölgəni daha böyük bir münaqişəyə doğru sürükləyən İsrailin nəzarət altına alınmalı olduğu barədə xəbərdarlıq edib. Region ölkələri İsraili Qəzzada törətdiyi dağıntılara və qarşıdurmaların daha geniş miqyasda artmasına görə xəbərdar edib.
Safadi bəyan edib ki, Təl-Əviv İsrailin baş naziri Binyamin Netanyahunun siyasi karyerasını saxlamaq və İsrail hökumətindəki radikal nazirlərin irqçi gündəmini reallaşdırmaq üçün yeni cəbhələr açmağa və Qərbi bu cəbhələrə cəlb etməyə çalışır.
İordaniyalı nazir beynəlxalq ictimaiyyətin yol ayrıcında olduğunu bildirib və deyib:
Müharibənin dayandırılması üçün səy göstərmək və ya İsrailin baş nazirinə və onun hökumətindəki radikalizm, nifrət və irqçilik nazirlərinə regionu münaqişəyə sürükləmək arasında seçim edilməlidir.
İsrailin Qəzzaya təcavüzü, Fələstin xalqına qarşı müharibə cinayətlərini davam etdirməsi və beynəlxalq hüququn cəzasız qalması bölgədə müşahidə olunan gərginliyin artmasına səbəb olub.Daha bir bəyanat isə Oman tərəfindən verilib. Xarici İşlər Nazirliyi xəbərdarlıq edib ki, İsrailin işğal olunmuş Fələstin ərazilərinə hücumu nəticəsində regionda münaqişə genişlənir.
“Biz müttəfiqlərimizin hərbi müdaxiləyə əl atmasını pisləyirik, çünki İsrail heç bir məsuliyyət daşımadan amansız müharibəsini davam etdirir”, – bəyanatda deyilir.
ABŞ və Böyük Britaniyanın Yəmənin müxtəlif nöqtələrini bombalaması ilə bağlı inkişafın “böyük narahatlıqla” izləndiyi də qeyd edilib.
Mənbə: EnSonHaber
Aynur Camal