“Regionda münaqişə görmək istəmirik”backend

Con Kirbi: “Biz İrana mesaj göndərdik ki, regionda daha çox münaqişə görmək istəmirik”.

Ağ Evin Təhlükəsizlik Şurasının sözçüsü Con Kirbi deyib: “Vaşinqton Qəzzada müharibənin genişlənməsindən çox narahatdır.

Biz İsraillə Livan sərhədində yeni cəbhənin yaradılmasının şahidi olmaq istəmirik.

Ağ Ev özəl və açıq şəkildə regional aktorlara, o cümlədən İrana bəyan edib ki, o, yeni və daha böyük münaqişə istəmir”.

Mənbə: Azad İran

Aynur Camal