Gürcüstan hökuməti regionda nüvə silahının mümkün istifadəsinə hazırlıq üçün tədbirlər görür. Sputnik Near Abroad Telegram kanalına istinadən xəbər verir ki, bunu respublikanın Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəhbəri Qriqol Liluaşvili deyib.
Onun sözlərinə görə, Tbilisi “nüvə müharibəsi hadisəsi üçün xüsusi plan hazırlayıb” və bu planda hər bir Gürcüstan departamenti üçün addımlar əks olunub.
Xatırladaq ki, bundan əvvəl Gürcüstan parlamentinin respublika prezidenti Salome Zurabişviliyə impiçment elan edə bilmədiyi barədə məlumat yayılmışdı. Onun elanını parlament çoxluğundan olan 86 deputat dəstəkləsə də, 14 səs proseduru başa çatdırmaq üçün yetərli olmayıb.
Mənbə: mail.ru
Aynur Camal