Fransanın cənubundakı bəzi şəhərlərdə havanın temperaturu rekord həddə çatıb.
Bu barədə BFMTV kanalı məlumat yayıb.
Belə ki, Lapalü şəhərində (Voklüz departamenti) temperatur Selsi üzrə 42,7 dərəcəyə çatıb. İstilərə görə qırmızı həyəcan elan edilən Drom departamentində Vensobr və Püi-Sen-Marten kommunalarında 42,4 və 42,5 dərəcə qeydə alınıb.
Daha öncə Fransa rəhbərliyi ölkənin cənub bölgəsindəki dörd departamentdə – Ardeş, Yuxaru Luara, Drom və Ronda isti ilə əlaqədar iqlim təhlükəsinin qırmızı (maksimum) səviyyəsini açıqlamışdı.
Həmçinin məlumata görə, Monblan dağında temperatur sıfırdan yuxarı qalxıb ki, bu da buzların əriməsi üçün təhlükə yaradır./Report