İranda universitet rektoru məcburi hicaba görə işdən qovuldu.
Bir müddət öncə “Şərif” Texnologiya Universitetinin Kiş kampusunda keçirilən buraxılış mərasiminə öyrəncilərin məcburi hicabsız qatılmasını əks etdirən görüntülərin yayılmasından sonra sözügedən universitetin rektoru Rəsul Cəlili işdən qovulub.
Məlumata görə, İranın elm, tədqiqat və texnologiya naziri Məhəmmədəli Zülfi Gülün əmri ilə Rəsul Cəlili vəzifəsindən azad edilib və Abbas Musəvi “Şərif” Universitetinin yeni rektoru kimi onun yerinə gətirilib.
Mənbə: Azad İran
Aynur Camal