Rəşid Mahmudov: “Qohumlarım var, lazım olanda kömək edirəm, amma yaxın buraxmıram”backend

“Əlbəttə, icra başçıları dəyişdikcə, onların yerinə təyin olunanlar bu cür özbaşınalıq edə bilməyəcəklər. Bizim öz içimizdə hələ ki, ermənilər var”

Bunu tanınmış ictimai xadim, Tibb Universitetinin dosenti Rəşid Mahmudov deyib. R.Mahmudov ölkədəki məmur özbaşınalığıyla bağlı prezidentə müraciət edəcəyini bildirib:

“Gədəbəyin keçmiş icra başçısı var idi, bir adamı qəbul etmirdi. Fəaliyyəti dövründə heç bir iş görmürdü. Gədəbəyin indiki icra başçısı isə işləyir. Bütün şəhid dəfnlərində iştirak edir, yas mərasimlərini verir. Bununla məmurları tərifləmək fikrim yoxdur, ayaqları yer tutmasın. Mənim məmur özbaşınalığıyla bağlı çox sözlərim olacaq, amma indi tezdir. Əlbəttə, icra başçıları dəyişdikcə, onların yerinə təyin olunanlar bu cür özbaşınalıq edə bilməyəcəklər. Bizim öz içimizdə hələ ki, ermənilər var. Paşinyan çıxışında deyir ki, Azərbaycan ən yüksək vəzifəli adamlarından mənə xəbər gəlib və bildirirlər ki, orda türk əsgərləri də var. Bizdə ancaq qohum-qohumu vəzifəyə gətirir. Belə olmaz axı. Mənim də qohumlarım var, lazım olanda kömək edirəm, amma yaxın buraxmıram, bilirəm ki, cığal adamdır. Heç bir bacarığı olmayan, ixtisasına uyğun olmayan adamı gətirib vəzifəyə qoyurlar. Gələn adamın məqsədi odur ki, ancaq qazansın, hansı ki, bunları rayona ona görə başçı təyin edirlər ki, insanlara xidət etsinlər. Dövlət rüşvətxorluqla heç yerə gedə bilməz, dövlət ola bilməz. Bu söhbətlərin hamısını bir müddət sonra çıxışımda prezidentə deyəcəm, ondan xahiş edəcəm. Məmurlar ölkəni dağıtdılar. Bir icra başçısının 100 milyondan çox pulu olması nə deməkdir. Adam təəccüblənməyə bilmir. Bunlar neynəyir, canavardılar? Artıq müharibə bitdi, torpaqlarımızı işğaldan azad etdik. İndi o yerlərimizi düzəltmək lazımdır, bir dənə də olsun ev yoxdur, hamısını ermənilər xaraba qoyublar”.Moderator