“Rəsmi məlumatdan əvvəl ad siyahısı yaymaq doğru deyil!” – Hikmət Hacıyevbackend

“Bəzən sosial şəbəkələrdə rəsmi məlumat gəlməmişdən hansısa insanların adları haqqında məlumat vermək doğru deyil.

Bunu “Yeni Gündəm”-ə açıqlamasında Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

Bu ailələr üçün böyük travma ola bilər. Bəlkə də düzgün ad, təvəllüd verilməyib. Nəzərə almaq lazımdır ki, bu ailələr üçün böyük travma ola, eyni zamanda ictimaiyyəti çaşdıra bilər. Bu kimi hallarda biz başa düşürük ki, aidiyyatı qurumlar tərəfindən operativ komunikasiyanın həyata keçirilməsi ilkin məlumat formasında olsa belə bikomunikasiyanın olması vacib şərtdir.

Digər tərəfdən səbr göstərməyiniz də vacib hallardan biridir. Hesab edirəm ki, bu mövzuda Azərbaycan mediası tərəfindən peşəkarlıq nümayiş olundu. Dəqiqləşdirilməmiş məlumatların qarşısı alındı. Təəssüf ki, sosial media məkanında biz buna nail olmadıq. Media sahəsində çalışan insanlar da bu məsələyə xüsusi həssaslıq göstərməsi çox vacibdir. Ailələrin həssaslığını nəzərə almalıyıq. Buradan helikopter qəzasında şəhid olan zabitlərimizə Allahdan rəhmət diləyirəm”.

Təbriz Məhərrəmoğlu

Yenigundem.az