Respublika Gənclər Kitabxanası  “Bakını qarış-qarış” adlı layihəyə start veribbackend

C.Cabbarlı adına Respublika Gənclər Kitabxanası müasir Bakımıza həsr olunmuş “Bakını qarış-qarış” adlı layihəyə start verib.

Kitabxana bu layihə çərçivəsində silsilə materiallar hazırlayaraq istifadəçilərə təqdim edib.

“Yeni Gündəm” xəbər verir ki, kitabxana əməkdaşları tərəfindən layihə çərçivəsində “Bakı kitablarda” virtual kitab sərgisi, “Milli Olimpiya Stadionu”, “Expo mərkəz”, “Üç alov qülləsi” və digər başlıqlı materiallar hazırlanıb. Hazırlanan materialların hər biri uzun müddətli araşdırmalar, faktlara söykənən məlumatlar əsasında yaradılıb. Lakin bununla yanaşı, istifadəçilərin diqqətini cəlb etmək və yaddaqalan olmaq məqsədilə videoçarxlar rəngarəng, müasir, əyləncəli və eyni zamanda, maarifləndirici üslubda hazırlanıblar. Doğma Bakımıza həsr olunan virtual kitab sərgisində müasir Bakı ilə yanaşı, paytaxtımızın illərə söykənən tarixə malik olmasından bəhs edən Hüseynqulu Sarabski – “Köhnə Bakı”, Manaf Süleymanov – “Eşitdiklərim, oxuduqlarım, gördüklərim”,Vilayət Quliyev – “General Denstervilin Bakı Gündəliyi”, Çingiz Abdullayev – “Bakı bulvarı”, Çapay Sultanov – “Bakı nefti dünya şahmat taxtasında”, Qılman İlkin – “Bakı və bakılılar” və digər kitablar haqqında məlumat verilib.

Bundan əlavə, kitabxana Rəsul Rzanın “Bakı” şeiri əsasında videoçarx da hazırlayıb.