“Geri qalmağımızın səbəbi digərlərinin çox sürətli inkişafı ilə bağlıdır” – Elçin Babayevbackend

Bu gün Milli Məclisdə “Ali təhsil haqqında” qanun layihəsi ilə bağlı ictimai dinləmə keçirilir.

“Yeni Gundem” xəbər verir ki, qanun layihəsinin müzakirəsi zamanı Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev mühüm məqamlara toxunub.

“Biz rəqabət mühitindəyik. Söhbət tək ölkədən yox, regiondan gedir.Artıq reytinqlərdə geri qalmağımızın səbəbi tək bizim inkişafımızın zəifliyi ilə yox, digərlərinin çox sürətli inkişafı ilə bağlıdır. Buna misal olaraq Qazaxıstan kimi ölkələri göstərə bilərik” – deyə rektor qeyd edib.

Fərahim Rəhimov