Dünyaca məşhur barbadoslu müğənni Rihanna ilə menecerinin Türkiyəyə xüsusi qonaq kimi gəlməsi də Rihannanın Türkiyədə konsert verəcəyi ilə bağlı iddiaları gücləndirib.
Hamilə olduğu iddia edilən dünya şöhrətli müğənni Rihannanın fevral ayında xüsusi bir təşkilat üçün İstanbulda pərəstişkarları ilə görüşəcəyi iddia edilib.
Pərəstişkarları ilə görüşmək üçün dəfələrlə Türkiyəyə gələn Rihanna yenidən Türkiyəyə gəlir. Verdiyi konsertlərlə adından söz etdirən Rihannanın dünya şöhrətli meneceri Mani Nordine bir müddət əvvəl Türkiyəyə xüsusi qonaq olaraq gəlib. Menecer Mani Nordine dostları ilə lüks restoranda nahar etdikdən sonra qaldığı otelə gedib.
Nordine jurnalistlərin suallarını cavablandırmayıb. Təqvimin xəbərinə görə, bir müddətdir İstanbulda danışıqlar aparan Nordine Rihannanı İstanbula gətirəcək. Dünya şöhrətli ulduz müğənni fevralda xüsusi təşkilatda iştirak edəcək.
Təxminən 10 il əvvəl Beşiktaşın stadionunda konsert verən Rihannanın dolu olduğu ərazidə günlərlə danışılan konserti olmuşdu.
20 fevral 1988-ci ildə Barbadosun Saint Michael şəhərində anadan olan Rihannanın atası “Ronald Fenty” anbar müdiri, anası isə “Monica Fenty” mühasibidir. Anası Qayanadandır, atası isə İrland əsilli barbadiyalıdır. O, 2003-cü ildə albom prodüseri Evan Rocersin rəhbərliyi altında demo lentlər yazaraq musiqi sənayesinə qədəm qoyub. O, 2005-ci ildə ilk albomu “Music of the Sun”ı və növbəti il ”A Girl Like Me” albomunu çıxararaq şöhrət qazandı.
Bu albomlardan müvafiq olaraq “Pon de Replay” və “SOS” kimi hit mahnılar çıxıb. Onun səkkizinci studiya albomu Anti (2016) və aparıcı sinqlı “Work” müvafiq olaraq Billboard 200 və Hot 100 hit-paradlarına başçılıq edib.
Mənbə: TGRT
Aynur Camal