Roma Papası Qəzzanın tam mühasirəyə alınmasından narahatdır.
Roma Papası Fransisk İsrailin Qəzzanı tam mühasirəyə almasından narahat olduğunu deyib.
Bu barədə Papa Fransisk auditoriya qarşısında həftəlik çıxışında deyib.
Papa Fransisk İsrailin Qəzzanı “ümumi” mühasirəyə almasından ciddi narahatlığını ifadə edərək, terror qruplaşması HAMAS-ı həftəsonu İsrailə hücumu zamanı əsir götürülən bütün girovları azad etməyə çağırıb:
“Bayram gününü matəm gününə çevrilən ailələr üçün dua edirəm və girovların dərhal azad edilməsinə çağırış edirəm”.
İsrailin HAMAS-a verdiyi cavaba toxunan Papa Fransisk qeyd edib ki, hücuma məruz qalanların özlərini müdafiə etmək hüququ var: “Lakin mən çoxlu günahsız qurbanların olduğu Qəzzada fələstinlilərin yaşadığı tam mühasirədən çox narahatam”./APA