Rövşən Ağayev: “Xəstəliyi olan şəxs magistratura oxuya bilməz ki?”backend

“Təhsil Nazirliyi magistraturaya qediyyat üçün cəmi 9 gün vaxt müəyyən edib. Qeyidiyyatı 20 gün müəyyən etsəyədiniz dünya dağılardı? Bu idarəetmə düzələsi deyil. Adını onlayn, rəqəmsal qoyduqları xidmətlərə də gedib çıxmaq üçün nə qədər əyani bürokratik prosedurlardan keçməlisən”.

“Yeni Gündəm” xəbər verir ki, bu barədə iqtisadçı ekspert Rövşən Ağayev bildirib.

Onun sözlərinə görə, qediyyat üçün ayrılan cəmi 9 günün 3 günü qeyri-iş gününə təsadüf edir: “Problem ondadır ki, bir çox universitetlərdən bakalavarı yeni bitirmiş tələbələrin diplom əvəzi arayış alması problemdir. Məsələn, biz 1-ci gündən almağa çalışırıq, hələ sabaha söz veriblər – 5 günlük cəhdimizin necə olacağını sabah biləcəyik.

Amma problem bununla bitmir – Dövlət İmtahan Mərkəzi qeydiyyat üçün sənədlərin siyahısını dərc edib. Təhsil Nazirliyin onlayn qeydiyyat üçün yaratdığı portala daxil olanda məlum olur ki, sistem həmin siyahıda olmayan əlavə sənəd – sağlamıq arayışı da tələb edir. Xəstəliyi olan şəxs magistratura oxuya bilməz ki? Axı bunlar bakalavrı bitirib. Bu da hərbi xidmət, ya avtomobil idarə etməkdir kİ, iki daşın arasında sağlamıq arayışı üçün insanları dağa-daşa salırsınız?”