Röyanın qardaşı Türkiyə türkcəsində danışdığına görə tənqid olundu – VİDEObackend

Xalq artisti Röya Ayxanın qardaşı İsmayıl Nəcəfov ARB TV-nin efirində Türkiyə türkcəsində danışdığına görə tənqid olunub.

“Yeni Gündəm”-in xəbərinə görə, sosial şəbəkədə İ.Nəcəfovun Azərbaycan türkcəsində danışması tövsiyə olunub.

Şəbəkə istifadəçiləri bildiriblər ki, Türkiyə qardaş dövlətdir, amma İsmayılın davranışı yersizdir.