Rumıniya ABŞ-ın ölkədəki hərbi mövcudluğunu artırmağa çağırıbbackend

Rumıniya prezidenti Klaus İohannis ölkədə və regionda ABŞ və NATO-nun hərbi mövcudluğunu artırmağa çağırıb.

“Yeni Gundem” xəbər verir ki, bu barədə RİA Novosti yazır.

Onun sözlərinə görə, Rumıniyada yerləşdirilən NATO-nun döyüş qrupunu tam tərkibli briqadaya çevirmək lazımdır. Rumıniya Prezidenti transatlantik əlaqələrin qorunub saxlanılması və möhkəmləndirilməsinin tərəfdarı olduğunu bildirib.

“Biz regionumuzda Amerikanın mövcudluğunu bütün aspektlərdə artırmaq istəyirik: hərbi, iqtisadi, enerji və siyasi”, – İohannis deyib.

O, həmçinin Qara dənizin strateji əhəmiyyətinin tanınmasını alqışlayır.

Bu günə qədər Rumıniyada yerləşən NATO döyüş qrupu Fransa, Belçika və Hollandiya hərbçilərindən ibarətdir. Xidmətdə yüngül zirehli maşınlar və tanklar var, lakin ölkə gələcəkdə ağır silahlar alacağını gözləyir.

Bundan əvvəl deyilib ki, Rumıniya ukraynalı pilotları F-16-da uçuşlara hazırlamaq üçün bütün lazımi sənədləri tezliklə alacaq. Eyni zamanda, hakimiyyət Ukraynadakı münaqişə səbəbindən hərbi və infrastruktur xərclərinin artmasının ölkə büdcəsinə böyük təzyiqlər yaratdığını etiraf edib.

Mənbə: Lenta.Ru

Aynur Camal