Rus əsgərləri Ukrayna qüvvələrinə təslim oldubackend

Ukraynanın Donetsk vilayətində baş verən qarşıdurmalardan yeni görüntülər ortaya çıxıb.

Ukrayna ordusunun üzvləri mühasirəyə aldıqları rus əsgərlərini girov götürüblər.

İtirilmiş torpaqları geri almağa çalışan Ukrayna qüvvələri münaqişə zonalarından birində rus əsgərləri ilə qarşılaşıb.

Avdiyivka şəhərində görülən tədbirlər nəticəsində rus əsgərlərinin yolları bağlanıb. Sosial şəbəkələrdə əks olunan görüntülərdə rus əsgərləri Ukrayna ordusunun ünsürləri tərəfindən əsir götürülüb.

Yerdə sürünən rus əsgərlərinin təslim olduğu anlar saniyə-saniyə kameraya düşüb. Hücumun təsirindən tüfəng atılıb. Başqa bir görüntüdə isə rus əsgərlərinin yerləşdiyi nöqtəyə hücum edilib.

Hücumun təsirindən əsgərlərdən birinə məxsus tüfəngin uçaraq Ukrayna əsgərlərinin olduğu yerə düşdüyü görülüb.

Mənbə: TGRT

Aynur Camal