“Ağ Ev saxtakarlıqla Konqresi pul ayrılması üçün qanun layihəsinə səs verməyə məcbur edir”, – sözçüsü Peskov bildirib. ABŞ-da Rusiyanın kosmosda nüvə silahı potensialını inkişaf etdirdiyi iddiası irəli sürülüb.
Kreml bu ittihamları rədd edib və bunun ABŞ-ın Moskvaya qarşı daha çox vəsaiti təsdiqləmək taktikası olduğunu bildirib.
“Dələduzluq yolu ilə pul ayırmağa çalışırlar”
Paytaxt Moskvada jurnalistlərə açıqlama verən Kremlin sözçüsü Dmitri Peskov bu sözləri deyib: Aydındır ki, Ağ Ev saxta yolla Konqresi pul ayırmaq üçün qanun layihəsinə səs verməyə məcbur etməyə çalışır.
Ağ Evin hansı hiylələrdən istifadə edəcəyini görəcəyik.
Peskov “hər hansı məlumatın olub-olmayacağına baxmaq üçün” ABŞ-ın milli təhlükəsizlik müşaviri Jake Sullivanın brifinqini izləməyə çağırıb.
Bu arada xarici işlər nazirinin müavini Sergey Ryabkov TASS dövlət xəbər agentliyinə bildirib ki, sözügedən xəbərlər “zərərli məqalələr”dir və Moskva hələlik bu məsələ ilə bağlı deyilənləri izləyir.
“Biz daim deyirik ki, müxtəlif saxta ittihamlar bizim heç bir şəkildə reaksiya verəcəyimiz bir şey deyil”, – Ryabkov bildirib.
“Əgər onlar hər hansı iddia irəli sürürlərsə, ən azı sübutları olmalıdır”, – Rusiya rəsmisi bildirib. Nümayəndələr Palatasının Kəşfiyyat Komitəsinin sədri Mike Turner onların “ciddi milli təhlükəsizlik təhdidi” altında olduqlarını iddia edib.
ABŞ mediası bu təhlükənin Moskvanın kosmosa nüvə silahı yerləşdirmək planları ilə bağlı olduğunu yazmışdı.
Mənbə: EnSonHaber
Aynur Camal