Rusiya Azərbaycan və Ermənistana çağırış etdibackend

Rəsmi Moskva Bakı və İrəvana çağırış edib.

“Yeni Gundem” xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi sözçüsü Mariya Zaxarova bu gün keçirilən brifinqdə danışıb.

Onun sözlərinə görə, Rusiya Silahlı Qüvvələrinin və Federal Təhlükəsizlik Xidmətinin sərhəd xidmətinin nümayəndələri iki ölkənin məsul şəxsləri ilə təmasa girib və Azərbaycan-Ermənistan sərhədində deeskalasiya ilə bağlı tədbirlər görüb.

Zaxarova vurğulayıb ki, baş verənlər bir daha Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli razılaşmalarına riayət edilməsinin zəruriliyini göstərir.