Rusiya hansı hallarda nüvə silahından istifadə edəcək?backend

Gizli hərbi sənədlər sızdırıldı! Bir-bir sadalanır:

Britaniyanın “Financial Times” telekanalının əldə etdiyi Rusiyaya aid gizli hərbi sənədlər Kremlin nüvə silahından nə vaxt istifadə edə biləcəyi ilə bağlı mühüm ipuçları verir.

Ukraynada 2022-ci il fevralın 24-də başlayan müharibə 2 ili arxada qoyub. Moskva və Kiyev arasında ümid edilən sülh masası hələ də uzaq variantdır. Regionda münaqişələr davam etdikcə, Rusiya ilə Qərb arasında gərginlik artır.

Müharibə başlayandan bəri ən çox müzakirə edilən məsələlərdən biri də Rusiyanın əlində olan nüvə silahları olub. Rusiya rəsmiləri öz nüvə arsenalları ilə öyünüb Qərbi üstüörtülü şəkildə qorxutduqları halda, Britaniyanın “Financial Times” telekanalının əldə etdiyi gizli hərbi sənədlərdə Kremlin nüvə silahından nə vaxt istifadə edəcəyi ilə bağlı diqqətəlayiq ssenarilər var idi.

Faylları araşdıran ekspertlər Rusiyanın nüvə silahından istifadə etmə riskinin hamının qorxduğundan qat-qat aşağı olduğunu bildiriblər. Rusiyanın nüvə müharibəsi üçün strateji planlamasını əks etdirən 29 hərbi fayl 2008-2014-cü illəri əhatə edir, yəni onların ən azı 10 yaşı var, lakin ekspertlər onların hazırkı Rusiya hərbi doktrinasına uyğun olduğunu iddia edirlər.

 Sızdırılan hərbi sənədlərə görə, Kreml nüvə silahının nə vaxt istifadə ediləcəyi ilə bağlı bir sıra ssenarilər hazırlayıb. Bu ssenarilərdən birincisi düşmənin Rusiya ərazisinə hücumudur.

Digəri strateji əhəmiyyətli sualtı qayıqları hədəf alan hücumlardır. Sənədlərə əsasən, Rusiya ballistik raket sualtı qayıqlarının 20 faizi və nüvə enerjisi ilə işləyən sualtı qayıqlarının 30 faizi məhv edilərsə, nüvə silahından istifadə edə bilər.

Sızdırılan sənədlər də Rusiyanın bu yaxınlarda qurduqları sıx ittifaqa baxmayaraq, Çinlə bağlı dərin narahatlığını ortaya qoyub.

Dosyelər Rusiyanın mümkün Çin işğalına cavab olaraq ssenarilər hazırladığını ortaya çıxarsa da, Çin Xarici İşlər Nazirliyi Moskvadan şübhələnmək üçün heç bir əsaslarının olmadığını bildirən bir açıqlama verib.

Financial Times qəzetinin yazdığına görə, Rusiyanın nüvə silahı Avropa və Asiyanı əhatə edən döyüş meydanları üçün nəzərdə tutulub.

Müasir nüvə başlıqları 1945-ci ildə Naqasaki və Xirosimaya atılan silahlardan daha çox enerji buraxa bilər.

Rusiya prezidenti Vladimir Putinin sözçüsü sözügedən sənədlərlə bağlı açıqlamasında deyib: “Əhəmiyyətli odur ki, nüvə silahından istifadə həddinin tamamilə şəffaf olmasıdır. Sözügedən sənədlərə gəlincə, onların həqiqiliyinə qəti şəkildə şübhə edirik” deyib.

Mütəxəssislər vurğulayırlar ki, sözügedən sənədlər Rusiya ordusunun Ukraynanı işğal etməzdən əvvəl müntəzəm olaraq həyata keçirdiyi təlimlərdə görünən nümunələri əks etdirir.

Mənbə: hurriyyət.tr

Aynur Camal