“Biz qardaş xalqlarıq və sarsılmaz birliyimiz var”.
“Yeni Gundem”in əldə etdiyi məlumata görə, bunları Venesuela prezidenti Nikolas Maduro Rusiya prezidenti Vladimir Putinlə telefonla danışdıqları zaman bildirib.
Maduro, X sosial media hesabında etdiyi paylaşımda, “Rusiya Federasiyasının prezidenti Vladimir Putinlə dostcasına telefon danışığı etdik” deyib.
Görüş zamanı “Rusiya-Venesuela ikitərəfli əlaqələri çərçivəsində geniş əməkdaşlıq və müxtəlif mövzuları” müzakirə ediblər.
Maduro öz paylaşımında daha əvvəl Rusiya prezidenti Putinlə çəkdirdiyi şəkli də yerləşdirib.
Venesuela Xarici İşlər Nazirliyinin internet saytında verilən açıqlamada iki ölkənin strateji əlaqələrinin əhəmiyyəti vurğulanaraq, “İki ölkə arasında strateji tərəfdaşlıq və əməkdaşlıq müqaviləsi müzakirə edilib. Görüş mükəmməl keçdi” ifadəsini işlədib.
Mənbə: TrtHaber
Aynur Camal