Rusiya İran və Pakistan məsələsində mülayim olmağa çağırırbackend

Zaharova İran və Pakistan arasındakı gərginliklə bağlı yazılı açıqlama verib.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova İran və Pakistanı maksimum təmkinli olmağa və problemləri diplomatik yolla həll etməyə çağırıb.

İran-Pakistan sərhədində vəziyyətin gərginləşməsindən narahat olduqlarını bildirən Zaharova: “Tərəfləri maksimum təmkinli olmağa və yaranan problemləri diplomatik üsullarla həll etməyə çağırırıq. Bir daha vurğulayırıq ki, öz ərazilərindən kənarda aparılan antiterror əməliyyatları müvafiq dövlətlərin administrasiyası ilə razılaşdırılaraq həyata keçirilməlidir. Bunun tərəfdaşlıq münasibətlərini inkişaf etdirdiyimiz Şanxay Əməkdaşlıq Təşkilatı dövlətləri arasında baş verməsi təəssüf doğurur. Vəziyyət gələcəkdə daha da artacaq”. “Regionda gərginliyin artması ölkədə sülh, sabitlik və təhlükəsizliyin tərəfdarı olmayanların xeyrinədir”.

İran və Pakistanın ixtilaflarını tezliklə həll edəcəkləri ümidini bölüşən Zaharova beynəlxalq terrorizmin bütün forma və təzahürlərinə qarşı mübarizədə əməkdaşlığa hazır olduqlarını vurğulayıb.

Mənbə: Ahaber

Aynur Camal