Rusiya Müdafiə Nazirliyinin nümayəndə heyəti bu gün İrəvana səfər edəcək.
Səfər rus sülhməramlı kontingentinin Qarabağdan çıxışını müzakirə etmək məqsədi daşıyır.
Qeyd edək ki, Rusiya MN rəhbərliyi Qarabağdan çıxarılacaq sülhməramlı heyətin Gümrüdə yerləşən hərbi bazaya yerləşdirmək üçün Ermənistan tərəfi ilə danışıqlar aparır.
Xatırladaq ki, rus sülhməramlı kontingenti Qarabağda Azərbaycan, Ermənistan və Rusiya liderlərinin 9 noyabr 2020-ci il tarixli Üçtərəfli bəyanatına əsasən müvəqqəti yerləşdirilib. Rus sülhməramlı kontingentin Qarabağda qalma müddəti 5 il olaraq müəyyən edilib. Müddətin bitməsinə 6 ay qalmış tərəflərdən hər hansı biri hazırkı müddəanın tətbiqinə xitam verilməsi niyyətini bəyan etməzsə, müddət avtomatik olaraq növbəti 5 ilə uzadılır./Trend