Rusiya Ordusu Nikopolu bombaladıbackend

Rusiya qüvvələri Dnepropetrovsk vilayətinin Nikopol rayonunu atəşə tutub, nəticədə iki nəfər yaralanıb.

“Yeni Gundem” Ukrayna mətbuatına istinadən xəbər verir.

“Düşmən Nikopol rayonunu bombaladı. Manqanets və Nikopol ağır artilleriyadan atəşə tutulub. Marqanetsdə 64 və 77 yaşlı iki qadın yaralanıb. İki inzibati bina, səkkiz fərdi yaşayış evi, həmçinin beş və iki mərtəbəli binalara ziyan dəyib”, – Dnepropetrovsk vilayəti hərbi administrasiyasının rəhbəri Serhiy Lisak bildirib.

Onun sözlərinə görə, bombardman nəticəsində qaz kəməri və elektrik xətləri zədələnib.

“Bombalama nəticəsində qaraj yanıb. Xilasedicilər artıq yanğını söndürüblər. Nikopolda özəl müəssisə, yaşayış binası, mağaza və avtomobillərə ziyan dəyib”, – Dnepropetrovsk vilayət hərbi idarəsinin rəhbəri qeyd edib. .