Rusiya qüvvələri Ukrayna ərazisinə raket zərbəsi endirib.
“Yeni Gundem” Ukrayna mətbuatına istinadən xəbər verir ki, bir neçə rayonda hava hücumundan müdafiə sistemi işə salınıb.
Paytaxt Kiyevin hərbi administrasiyası hava hücumundan müdafiə vasitələrinin işlədiyini bildirib və vətəndaşları xəbərdarlıq bitənə qədər sığınacaqlarda qalmağa çağırıb.
Odessa Rayon Hərbi Administrasiyasının nümayəndəsi Sergey Braçukun sözlərinə görə, raket hücumu Dnepropetrovsk, Kirovoqrad, Donetsk, Kiyev, Sumı, Poltava, Zaporojye və Çerkassı rayonları istiqamətində həyata keçirilib.
Xatırladırıq ki, bundan əvvəl Ukraynanın bütün ərazisində hava həyəcanı elan edildiyi barədə məlumat yayılmışdı.