Rusiyanın kosmosa nüvə silahı yerləşdirmək planı dünya gündəminə bomba kimi düşüb. ABŞ kəşfiyyatı iddianı ciddi milli təhlükəsizliyə təhdid kimi qiymətləndirərkən, ABŞ və Avropa mediası bu iddianı manşetlərdən yayıb.
Daily Mail, kosmosda başlanacaq müharibənin ‘çılğın iş’ olduğunu yazaraq, Putinin çevriliş təhlükəsi və ya təslim olma təhlükəsi ilə üzləşdiyi zaman ‘son və ən yaxşı ümid’ olduğuna inandığı apokaliptik silahı qəbul edə biləcəyini vurğulayıb.
Moskvadan gələn xəbər dünyanı sarsıtdı! Rusiyanın kosmosa nüvə silahı yerləşdirmək planı böyük panikaya səbəb olub. ABŞ Nümayəndələr Palatasının Kəşfiyyat Komitəsinin sədri Mayk Törner Rusiyanın kosmosda nüvə silahı yerləşdirmək planlarını ehtiva etdiyi bildirilən məlumatların məxfiliyini ləğv etməyə çağırıb.
ABŞ kəşfiyyatı bu iddianı ciddi milli təhlükəsizliyə təhdid kimi qiymətləndirib. Dünya gündəminə bomba kimi düşən iddia İngiltərə mətbuatında da geniş yer alıb. İngilis mediasında, xüsusilə BBC və Daily Mail-də yer alan xəbərlərdə Rusiyanın kosmos hərəkəti ‘qiyamət ssenarisi’ olaraq şərh edilib.
Britaniyanın Daily Mail qəzeti Putinin kosmosa nüvə silahı göndərmək planının təkcə ABŞ və Avropanı deyil, həm də Çin və Hindistanı təhdid etdiyini vurğulayıb. Rusiyanın nüvə silahının bütün rabitə şəbəkələrini, hərbi müdafiə sensorlarını məhv edə biləcəyi və Yer kürəsində müasir həyatı demək olar ki, qeyri-mümkün edə biləcəyi açıqlanıb.
Mənbə: Ahaber
Aynur Camal