Rusiya S-300 raketləri ilə Ukraynadakı oteli hədəfə alıbbackend

Rusiyanın Ukraynanın Xarkov şəhərində bir otelə S-300 raketləri ilə hücumu nəticəsində 11 nəfər yaralanıb. Hücum nəticəsində otelə böyük ziyan dəyərkən, park edilmiş avtomobillər yararsız hala düşüb.

Rusiyanın Ukraynaya qarşı hava hücumları davam edir. Xarkov vilayətinin qubernatoru Oleq Sinegubov açıqlamasında yerli vaxtla saat 22.30 radələrində 2 ədəd Rusiya S-300 raketlərinin 31 nəfərin olduğu otelə düşdüyünü, hücumda 11 nəfərin yaralandığını bildirib. Xəsarət alanlardan 9-nun xəstəxanaya yerləşdirildiyini, 2-nin ambulator müalicəsinin aparıldığını deyən S.Sinequbov 35 yaşlı yaralının vəziyyətinin ağır olduğunu bildirib. Hücum nəticəsində otelə böyük ziyan dəyərkən, park edilmiş avtomobillər yararsız hala düşüb. Harkov polis rəisi Volodimir Timoşko heç vaxt oteldə hərbçilərin qalmadığını və bunun məlum olduğunu bildirib və jurnalistlərin oteldən istifadə etdiyini qeyd edib.

Rusiya raketlərinin hədəfə aldığı oteldə Anadolu Agentliyinin (AA) komandasının da olduğu öyrənilib. Bildirilib ki, AA-nın müxbiri Davit Kaçkaçişvili və fotomüxbir Özge Elif Kızıl öz imkanları ilə oteli tərk ediblər, Kaçkaçişvilinin əllərində kiçik kəsiklər olub.

Mənbə: hurriyyət.tr

Aynur Camal