Rusiya -Türkiyə -Ukrayna müdafiə nazirlərinin müavinləri görüşəcəkbackend

Türkiyə Milli Müdafiə Nazirliyi mayın 5-də İstanbulda Türkiyə, Rusiya Federasiyası və Ukrayna müdafiə nazirlərinin müavinlərinin görüşünü keçirməyi planlaşdırdığını açıqlayıb.

“Yeni Gundem” Türkiyə mətbuatına istinadən xəbər verir ki,   bu barədə Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar məlumat verib.

O, əlavə edib ki, tərəflər “taxıl müqaviləsi”nin müddətinin uzadılması ilə bağlı görüşəcəklər.