Rusiya Ukraynada əmrlərə tabe olmayan əsgərləri edam edirbackend

Ağ Ev iddia edib ki, Rusiya Ukraynada əmrə tabe olmayan əsgərlərini “edam edib” və komandirlər Ukraynada cəbhə xəttindən geri çəkilmək istəyən qoşunları öldürməklə hədələyiblər.

Ağ Evin Milli Təhlükəsizlik Şurasının Strateji Kommunikasiyalar üzrə Koordinatoru Con Kirbi bəyan edib ki, Rusiya Ukraynadakı qoşunları “kifayət qədər hazırlıqlı və təchiz olunmayıb və müharibəyə hazır deyil” ki, bu da “əxlaqın aşağı düşməsinə və əmrlərə tabe olmaqda müqavimətə” səbəb olub.

Rusiyanın “müvafiq avadanlıq, rəhbərlik, resurslar və dəstək olmadan zəif təlim keçmiş əsgərləri birbaşa döyüşə göndərdiyini” qeyd edən Kirbi, “Bütün bu şərtləri nəzərə alsaq, Rusiya qüvvələrinin mənəviyyatının aşağı olması təəccüblü deyil” deyib.

Rusiyanın Ukraynada əmrə tabe olmayan əsgərlərini “edam etdiyini” və rus komandirlərinin Ukraynada cəbhə xəttindən geri çəkilmək istəyən bütün əsgərləri öldürməklə hədələdiyini iddia edən Kirbi, “Əmrlərə tabe olmaq istəməyən əsgərləri edam etməyi düşünmək bütün bölmələri edamla hədələmək vəhşilikdir” Kirbi deyib.

Mənbə: TrtHaber

Aynur Camal