Rusiya universitetlərində fars dili öyrədiləcəkbackend

İran Rusiya universitetlərində fars dilinin öyrənilməsinə dəstək verəcək.“Biz Rusiya universitetlərində fars dilinin öyrənilməsinə dəstək verməyə hazırıq. Artıq üç professoru Həştərxan Dövlət Universiteti, Kalmık Dövlət Universiteti və Ural Federal Universitetinə göndərmişik. Biz həmin mütəxəssislərin orada xərclərini təmin edirik və İranın professor-müəllim heyəti bu sahədə təlim proqramları keçməyə hazırdır”.

“Yeni Gundem” TACC-a istinadən xəbər verir ki, bu barədə İranın elm, tədqiqat və texnologiya nazirinin müavini Peyman Salehi Gənc Alimlərin III Qurultayında deyib.

Qeyd edək ki, o, elm və ali təhsil sahəsində əməkdaşlıq məsələlərini müzakirə etmək üçün 2024-cü ildə Tehran Universitetində rusiyalı tərəfdaşlarla görüşlərin keçirilməsini də təklif edib.

Mənbə: Azad İran

Aynur Camal