Rusiya və Türkiyə nazirlərinin görüşü dəqiqləşdirildibackend

Rusiyanın xarici işlər naziri Sergey Lavrov və türkiyəli həmkarı Hakan Fidan Moskvada görüşəcək və danışıqlar aparacaq.

“Yeni Gundem” xəbər verir ki,  bu barədə TASS diplomatik dairələrdəki mənbəyə istinadən məlumat yayıb.

“Danışıqlar avqustun 31-də Moskvada keçiriləcək”, – mənbə bildirib.

Bundan əvvəl Rusiya prezidentinin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşünün mümkün tarixi açıqlanıb. Ehtimallara görə, onlar sentyabrın 4-də Soçidə görüşəcək və taxıl sazişini müzakirə edəcəklər.

Mənbə: Lenta.Ru

Aynur Camal